“Pinqvin”dən istifadə etməyin, təhlükəlidir! - Nazirlik rəsmisi

“Pinqvin”dən istifadə etməyin, təhlükəlidir! -  Nazirlik rəsmisi
  30 Noyabr 2018    Oxunub:5304
"Mağazaların 99 faizində "pinqvin" sellofanlardan istifadə olunur, bu isə ətraf mühitə ziyandır"
Azvision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xismətinin rəhbəri İradə İbrahimova bildirib.

O, qeyd edib ki, təmiz ətraf mühit üçün sellofan torbalardan imtina edək, kağız və parça torbalara geri dönək, alış-verişlərdə həsir zənbillərdən istifadə edək və bununla da ətraf mühitin qorunmasına mühüm addım ataq.

"Əvvəllər bazarlarda yalnız kağız torbalardan istifadə olunurdu və alıcılar ipdən toxunan, parçadan hazırlanan, yaxud da həsir tipli zənbillərdən istifadə edirdi. Mağazalarda ərzaq məhsulu alanda onu kağıza büküb alıcıya verirdilər. Sonradan kağızı da, parçanı da, həsiri də sellofan torbalar əvəz etdi. Bu gün mağazalarda təklif olunan məhsulların 99 faizi "pinqivin" adlandırılan sellofan torbalarda qablaşdırılır ki, bu da təkcə insan sağlamlığına deyil, ətraf mühitə, flora və faunaya da təhlükə yaradır. Bu torbaların təbiətə vurduğu zərər hesaba gəlməyəcək qədər çoxdur", - deyə nazirlik rəsmisi vurğulayıb.



Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti