Dopinqin təsiri 10 il qalır

Dopinqin təsiri 10 il qalır
  02 Noyabr 2013    Oxunub:1797
Steroid hormonu istifadədən 10 il sonra da orqanizmdə təsirini itirmir
Siçanlar üzərində araşdırma aparan Norveç alimləri müəyyənləşdiriblər ki, qəbul edilmiş steroid hormonların təsiri 10 il keçdikdən sonra da orqanizmdə qalır. Yeni araşdırmalar göstərir ki, bu maddə onu qəbul edən idmançılara bütün karyeraları boyu bəs edir. Xatırladaq ki, Norveç alimləri əvvəlki araşdırmalarında bədəndə "əzələ yaddaşı"nın olduğunu sübut etmişdilər. Gənc yaşlarında idmanla məşğul olan adamların əzələləri daha tez inkişaf etdiyindən, bu prosesin steroid hormonların təsiri nəticəsimdə baş verib -vermədiyini məhz əzələ yaddaşı hesabına sübut etmək elə də çətin deyil. Oslo Universitetinin professoru Kristian Gundersonun sözlərinə görə preparat əzələ liflərində hüceyrə nüvəsinin sayını artırır. Əgər dopinqə qarşı testdən keçirilən idmançıda əzələ liflərində hüceyrə nüvəsinin sayının artıqlığı aşkarlanarsa, buna görə onun steroid hormonları qəbul etdiyini söyləmək olar.


Teqlər:





Xəbər lenti