Pirallahıda müasir xəstəxana – FOTO

Pirallahıda müasir xəstəxana – FOTO
  02 Noyabr 2013    Oxunub:3135
Pirallahı qəsəbəsində müasir xəstəxana istifadəyə veriləcək.
Pirallahı rayonundakı 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının binasının 2013-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır.

Rayon icra hakimiyyətindən bildiriblər ki, Pirallahı qəsəbəsi K.Rzayev küçəsində yerləşən 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında 2011-ci ildən başlanan əsaslı təmir işləri Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilir. Əsaslı təmir olunan xəstəxananın ümumi sahəsi 2 hektardır. Rayonun ən böyük tibb müəssisəsi olan xəstəxananın əsas korpusunun dam örtüyü tamamilə yenisi ilə əvəz olunub. Qazanxana sistemi yenilənib, xəstəxananın yeməkxana və çamaşırxanası da yenidən qurulub. Hazırda binanın həyətinə yeni asfalt örtüyü döşənir və yaşıllıq salınır. Tikinti işlərində 65 nəfər işçi çalışır.

Xəstəxana iki hissədən – poliklinika və stasionar hissədən ibarətdir. Stasionarda cərrahiyyə, terapiya, uşaq, doğum və ginekologiya şöbələri fəaliyyət göstərəcək və onların hər biri ən müasir tibbi avadanlıqlarla təchiz olunacaq. Poliklinika şöbəsinin imkanları gün ərzində 150 nəfərədək insanın qəbul edilməsi məqsədilə genişləndirilib. Buradakı 50-dək kabinetin hər biri ən yeni cihaz və avadanlıqlarla təmin olunacaq.



Teqlər:  





Xəbər lenti