Qurban Qurbanov püşkü dəyərləndirdi

Qurban Qurbanov püşkü dəyərləndirdi
  02 Dekabr 2018    Oxunub:11704
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov İrlandiyanın paytaxtı Dublində təşkil olunan Avro-2020-nin seçmə mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.
Təcrübəli mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında maraqlı qrupa düşdüyümüzü bildirib: “Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır. Hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar. Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq”.

Q. Qurbanov vurğulayıb ki, rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirmək lazımdır: “Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik".

Qeyd edək ki, millimiz seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Macarıstanla E qrupunda mübarizə aparacaq.

Azvision.az



Teqlər:





Xəbər lenti