İvanişvili xələfinin adını açıqladı

İvanişvili xələfinin adını açıqladı
  02 Noyabr 2013    Oxunub:1070
Gürcüstanın Baş naziri Bidzina İvanişvili bu gün parlament çoxluğuna və jurnalistlərə öz xələfi kimi xarici işlər naziri İrakli Qaribaşvilini təqdim edib.
AzVision.az Lenta.ru-ya istinadən xəbər verir ki, məhz o, noyabrın 24-də B.İvanişvili postunu tərk etdikdən sonra parlamentə Baş nazir vəzifəsinə təsdiq olunması üçün təqdim ediləcək.

B.İvanişvili qeyd edib ki, Gürcüstanın noyabrın 17-də səlahiyyətlərinin icrasına başlayacaq yeni Prezidenti Georgi Marqvelaşvili kimi, İ.Qaribaşvilinin simasında "çox layiqli" Baş naziri olacaq: "Nəhayət ki, biz xalqın sifarişini yerinə yetirdik. Bizim gözəl hakimiyyətimiz var və Gürcüstan ictimaiyyəti bununla fəxr edə bilər. Mən isə ictimai sektora gedirəm".


Teqlər:





Xəbər lenti