Eradan əvvəl III əsrə aid yaşayış məskəni tapıldı

Eradan əvvəl III əsrə aid yaşayış məskəni tapıldı
  02 Noyabr 2013    Oxunub:2327
Qədim yaşayış yerindən maddi mədəniyyət nümunələri aşkar olunub.
Tariximiz haqqında qiymətli məlumatlar verən Babazanlı qədim yaşayış məskəni Ələt-Astara magistral yolunun tikintisi zamanı aparılan qazıntılar nəticəsində aşkar olunub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası arxeoloji qazıntılar nəticəsində bu yaşayış məskəninin eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinə qədərki dövrünə aid olduğunu təsdiqləyib.

Burada yaşayış yerinin qəbiristanlıqla bir ərazidə yerləşməsi və eyni dövrə aid olması maraq doğurub. Tədqiqatlar zamanı 5 küp qəbir və bir o qədər də torpaq qəbir tapılıb. Bunların içərisində həm uşaq, həm də böyüklərə aid qəbirlər var. Qəbirlərdən müxtəlif məişət əşyalarının çıxması, müxtəlif sayda və həcmdə olması isə hələ o zaman bu ərazidə sinfi təbəqələşmənin mövcudluğunu deməyə əsas verir.

Tapılan saxsı qabların üzərindəki işarələr, sənətkarlar arasında ixtisaslaşmağın mövcudluğunu və burada məskunlaşmanın qədimliyini təsdiq edir.

Yaşayış yerindən tapılan maddi mədəniyyət nümunələri bu ərazidə yaşayan insanların yüksək mədəni səviyyəyə malik olmasından xəbər verir.


Teqlər:





Xəbər lenti