Təxirə salınan oyunda qalib müəyyənləşmədi

Təxirə salınan oyunda qalib müəyyənləşmədi
  03 Dekabr 2018    Oxunub:11587
Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunun təxirə salınmış oyunu keçirilib.
Azvision.az xəbər verir ki, ötən gün Qəbələdəki qatı duman səbəbindən təxirə salınan matç qaldığı yerdən - 58-ci dəqiqədən etibarən davam etdirilib. Görüşdə hesab açılmayıb.

Tura bu gün keçiriləcək “Qarabağ”–“Keşlə” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun açılış matçında matçda “Neftçi” səfərdə “Sabah”a (2:1), “Sumqayıt” isə doğma azarkeş önündə “Səbail”ə (1:0) qalib gəlib.

Azvision.az




Teqlər: Premyer-Liqa   Futbol  





Xəbər lenti