AZAKA növbəti layihəni də uğurla başa vurdu

AZAKA növbəti  layihəni də uğurla başa vurdu
  03 Dekabr 2018    Oxunub:2562
AZAKA tərəfindən dövlət orqanlarının əməkdaşlarına keçirilən növbəti təlim kursu da başa çatdı. Təhsil Nazirliyinin Aparatının əməkdaşları üçün təşkil olunmuş iki aylıq təlim kursu bu günlərdə uğurla sona çatdırıldı.
Təlimlər Avropa Şurasının ixtisaslaşmış ekspertləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, ADA-nın, Asan Təlim-Tədris Mərkəzinin, DİM-in əməkdaşlarından ibarət olan peşəkar ekspert qrupu tərəfindən keçirilmişdir. Təlimlər əməkdaşların qanunvericilik biliklərinin, şəxsi keyfiyyətlərinin yüksəldilməsinə, səmərəli idarəetmədə etik davranışın, antikorrupsiya mədəniyyətinin roluna dair biliklərin artırılmasına yönəlmişdi.



Təlimlər nəzəri və praktiki olaraq iki hissədən ibarət şəkildə Təhsil Nazirliyinin inzibati binasında keçirilmişdir. 2 aylıq təlim kursunda ümumilikdə 10 qrup, 150 nəfərdən çox iştirakçı əhatə olunmuşdur.



İnteraktiv formada keçirilən təlim kursunun sonunda iştirakçılar kursu bitirmələri barədə sertifikatla təltif olunmuşlar.





Teqlər:





Xəbər lenti