"Taliban" liderinin öldürüldüyü təsdiqləndi
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ç.Nisar bildirib ki, H.Məsudun öldürülməsi bölgədəki barışıq səylərinin öldürülməsi deməkdir: "ABŞ Prezidenti Barak Obama Pakistanın Baş naziri Nəvaz Şəriflə görüşündə "Taliban"la sülh danışıqlarını dəstəkləyəcəklərini söyləmişdi. Cənab nazirdən soruşmaq istəyirəm: əcəba, beləmi dəstəkləyirlər? ABŞ-a səslənirəm. Həkimullah Məsud çox yerlərdə oldu. Əfqanıstana getdi. Bizim xəbərimiz var idi. Bizim xəbərimiz olduğuna görə, şübhəsiz ki, sizin də xəbəriniz var idi. Nə üçün onu o vaxt deyil, danışıqların başlayacağı gün öldürdünüz? ABŞ-ın bu hərəkəti barışığa mane olmaq üçün etdiyinə inanırıq. Baş nazir Londondan qayıtdıqdan sonra ABŞ ilə əlaqələr təkrar gözdən keçiriləcək".
Teqlər: