Bakıda bağçalara qəbul elektron olacaq

 Bakıda bağçalara qəbul elektron olacaq
  04 Dekabr 2018    Oxunub:18978
“Hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyevin sərəncam və tapşırıqları əsasında, həmçinin Heydər Əliyev Fondu tərəfindən son illər ərzində Bakı şəhərində 6 yeni uşaq bağçası, 3 bağça üçün əlavə korpus tıkilib, 16 bağça sökülərək yenidən tikilib, 206 bağça isə əsaslı təmir olunub. Bütün bu bağçalar hər cür lazımi avadanlıq və inventarlarla təchiz olunub. Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır”.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirədə deyib.

Aparat rəhbəri qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb, bütün sahələr üzrə yeniliklər və islahatların aparılması planlaşdırılıb.

Həmçinin bildirilib ki, bağçalara uşaqların qəbulunda neqativ halların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə əlaqədar qəbulun elektronlaşdırılması nəzərdə tutulub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Bağça  





Xəbər lenti