Klublar Komitəsində sədrlik ləğv olundu

Klublar Komitəsində sədrlik ləğv olundu
  04 Dekabr 2018    Oxunub:10979
AFFA-nın Klublar Komitəsinin idarəçilik sistemi dəyişib.
Azvision.az-ın məlumatına görə, buna komitənin bügünkü iclasında qərar verilib.

Sədrlik sistemi katibliklə əvəzlənib. Dəyişiklik quruma üzv klubların təklifi əsasında reallaşıb. Komitənin yeni katibi bunadək qurumda koordinator kimi fəaliyyət göstərən Zaur Hacı-Məhərrəmova həvalə olunub.

Qeyd edək ki, komitənin sonuncu sədri "Neftçi”in prezidenti Kamran Quliyev idi.

Azvision.az



Teqlər: AFFA  





Xəbər lenti