İranda İƏT ölkələrinin XİN rəhbərlərinin iclası keçiriləcək

İranda İƏT ölkələrinin XİN rəhbərlərinin iclası keçiriləcək
  03 Noyabr 2013    Oxunub:1132
Üç həftə sonra Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.
AzVision.az İran KİV-lərinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir qeyd edib ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu həm iclasda iştirak etmək, həm də iki tərəfli əməkdaşlığın artırılması məqsədi ilə müzakirələr aparmaq üçün Tehrana səfər edəcək: "Qonşu ölkələrlə əlaqələrin hərtərəfli, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə inkişafı İranın xarici siyasətinin əsasını təşkil edir".


Teqlər:





Xəbər lenti