Almaniyada təyyarə qəzaya uğradı: 3 nəfər ölüb

Almaniyada təyyarə qəzaya uğradı: 3 nəfər ölüb
  03 Noyabr 2013    Oxunub:1026
Təyyarə bu gün günorta saatlarında radarlardan itib.
Almaniyanın Koburqa şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, təyyarə bu gün günorta saatlarında radarlardan itib. Bundan sonra axtarışlara başlayan xüsusi xilasetmə xidmətinin əməkdaşları təyyarənin qalıqlarını Yuxarı Frankoniya inzibati dairəsindəki meşə zolağında aşkarlayıblar.

Hadisənin digər təfərrüatları açıqlanmır. Qəzanın səbəbləri araşdırılır.


Teqlər:





Xəbər lenti