Avropalı deputat arvadını öldürdüyünə görə tutulub
AzVision.az Belçika mətbuatına istinadən bildirir ki, Vesfal bir neçə günlüyə öz arvadı ilə sahil şəhəri Ostenddə oteldə qalıb. Cümə axşamı o, otelin administratoruna zəng edib bildirib ki, arvadı vannada boğulub. Hadisə yerinə gəlmiş xilasedicilər qadını özünə gətirməyə çalışıblar, amma nəticəsiz olub.
Polis qadının intihar etməsi xəbərinə şübhə ilə yanaşıb. Qonşu otaqlarda qalanlar da ərlə arvad arasında axşam çağlarında mübahisə yarandığını bildiriblər. Hazırda Bernar Vesfal ona təqdim ediləcək rəsmi ittihamı gözləyir.