“Sumqayıt”ın 60-cı qələbəsi

“Sumqayıt”ın 60-cı qələbəsi
  05 Dekabr 2018    Oxunub:11393
Sumqayıt” futbol komandasının Topaz Premyer Liqasının 13-cü turunda “Səbail” üzərində qazandığı qələbə klub üçün əlamətdar olub.
Klubun mətbuat xidmətindən bildiriblər ki, bu, “Sumqayıt”ın Premyer Liqada 60-cı qələbəsi kimi komandanın tarixinə düşüb. Kollektiv 60 qələbəni 237 oyunda əldə edib. Qələbələrin 41-i ev, 19-u isə səfər qarşılaşmalarında qazanılıb.

Eyni zamanda, bu, Sumqayıt təmsilçisinin baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə ilk qələbəsi kimi də yadda qalıb.

Qeyd edək ki, “Sumqayıt” klubu XIII turdan sonra 14 xalla turnir cədvəlində altıncı sırada qərarlaşıb.

Azvision.az



Teqlər: Sumqayıt  





Xəbər lenti