Azərbaycanlı uşağı döyüb kor edənə cinayət işi açılıb

Azərbaycanlı uşağı döyüb kor edənə cinayət işi açılıb
  03 Noyabr 2013    Oxunub:1324
Rusiyada azərbaycanlı yeniyetmənin döyülməsi ilə bağlı cinayət işi başlandı.
Rusiyada Zelenoqrada gedən avtobusda azərbaycanlı yeniyetmənin döyülməsi ilə bağlı cinayət işi başlanıb. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, cinayət işi noyabrın 1-də 14 yaşlı yeniyetməyə bədən xəsarətləri yetirən 19 yaşlı gəncə qarşı başlanıb.

Qeyd edək ki, Rusiyanın Zelenoqrad şəhərində 14 yaşlı əlil azərbaycanlı məktəbli rus şovinisti tərəfindən vəhşicəsinə döyülüb. Oğlanın qeyri-slavyan xarici görünüşünü ələ salan xuliqan miqrantların ünvanına təhqiramiz söyüşlər söyməyə başlayıb. O, daha sonra müdafiəsiz vəziyyətdə olan azərbaycanlı məktəbliyə zərbələr endirib. Şahidlərin sözlərinə görə, məktəbli qan içində olub, rus şovinisti isə dayanmadan onun başına və qarın nahiyəsinə yumruq və təpiklə vurmaqda davam edib. Qadın sərnişinlərdən biri əlil azərbaycanlını rusun əlindən almağa çalışsa da, buna nail ola bilməyib. İnsidentin qarşısı yalnız avtobus dayanacağında növbə çəkən polislər işə qarışdıqdan sonra alınıb. 10 ildir Zelenoqradda yaşayan əlil azərbaycanlı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona kəllə beyin travması və göz nahiyəsinin ciddi zədələnməsi diaqnozu qoyulub. Xuliqan isə polis tərəfindən saxlanıb.

Azərbaycanlını döyən şəxs milli zəmində cinayət törətdiyini anlayaraq polisə rüşvət təklif edib, lakin onun cəhdi uğursuz nəticələnib. Hazırda polis hadisənin şahidlərini axtarmaqdadır. Yerli kütləvi informasiya vasitələrində yerləşdirilən elanlarda hadisə zamanı avtobusda olanlardan polisə ifadə vermələri xahiş edilir.

Bu, Zelenoqradda baş verən ilk belə hadisə deyil. Bir neçə ay əvvəl şəhərdə iki kişi keçmiş gəlininin sifarişi ilə yaşlı əlil qadını döyüb və qarət ediblər. Sentyabrda isə əlil qız bir qrup yeniyetmənin hücumuna məruz qalıb. Yeniyetmələr qızı döydükdən sonra onu meşəyə apararaq diri-diri torpağa basdırmağı planlaşdırıblarmış.


Teqlər:  





Xəbər lenti