Premyer Liqada xokkey hesabı qeydə alındı

Premyer Liqada xokkey hesabı qeydə alındı
  03 Noyabr 2013    Oxunub:1278
Azərbaycan Premyer Liqasında xokkey hesabı qeydə alınıb.
Bu gün Premyer Liqada 12-ci tura yekun vurulub.

AzVision.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Günün ilk qarşılaşması Sumqayıtda baş tutub. Burada yerli komanda AZAL-ı sınağa çəkib. Oyunda hesab açılmayıb (0:0).

Turun son və mərkəzi qarşılaşması isə "Qarabağ" və "Qəbələ" klubları arasında olub.

Dramatik keçən oyunda xokkey hesabı qeydə alınıb. "Qarabağ"ın 4 topuna "Qəbələ" 3 topla cavab verib.

Bununla "Qarabağ" 27 xalla birinci, "Neftçi" 24 xalla ikinci, "Qəbələ" 22 xalla üçüncü yeri tutur.


Teqlər:





Xəbər lenti