Yeni nəsil pilotsuz təyyarə hazırlanır
ABŞ-ın "Aviation Week" jurnalının yaydığı xəbərdə bildirilir ki, şirkət "SR- 72"nin dizaynını elə qurub ki, bu təyyarə digər modellərdən iki qat sürətli olması fərqlənəcək. Yeni model kəşfiyyat xəbərləri toplama, kəşfiyyat aparma və müşahidə etmə və əvvəllər görünməmiş bir sürətdə hücum tənzimləmə xüsusiyyətlərinə sahib olacaq. "SR -72" üçün istifadə ediləcək texnologiya yeni nəsil pilotlu-pilotsuz təyyarələrlə orbitdə olan casus peykləri arasında əlaqə quracaq.
Qeyd edək ki, əsl Blackbird modeli ilk dəfə 1966-cı ildə buraxılıb və 1999-cu ilə qədər Amerika Hava Qüvvələri və NASA tərəfindən Soyuq müharibə dövründə kəşfiyyat xəbərləri toplamaq üçün istifadə olunub. Qurudan atılan raketlərdən daha sürətlə uçma qabiliyyətinə malik olan "Blackbird"lər eyni zamanda düşmən radarlarından yayınmaq üçün ən alçaqdan uça bilirdi.
Teqlər: