Azərbaycanın FIFA referiləri açıqlandı

  07 Dekabr 2018    Oxunub : 8618
Azərbaycanın FIFA referiləri açıqlandı
Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin siyahısı açıqlanıb.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, ölkəmizi beynəlxalq futbol oyunlarında təmsil edəcək baş hakimlərin siyahısında dəyişiklik edilib. Səhhətində problem yaranan Ömər Paşayevi Rauf Cabbarov əvəzləyib.

Bundan başqa Elçin Səmədli futzal üzrə FIFA referiləri siyahısınndan çıxarılıb. Səbəb Səmədlinin yaş həddinin dolmasıdır. Nəticədə say üçə enib.

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabarov.

Referi köməkçiləri: Yaşar Abbasov, Namik Hüseynov, Akif Əmirəli, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov.

Futzal: Yusif Nurullayev, Ramil Namazov, Hikmət Qafarlı.

Çimərlik futbolu: İnqilab Məmmədov, Əli Cəbrayılov, Sədaqət Vəliyeva.

Qadın referilər: Yuliya Qurbanova, Səbayel Kuzutürk.

Qadın referi köməkçiləri: Gülyana Özcan, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Gülnurə Əkbərzadə.

Azvision.az

Teqlər: AFFA   FİFA