Saakaşvili Baço Axalayanı əfv edib

Saakaşvili Baço Axalayanı əfv edib
  04 Noyabr 2013    Oxunub:1001
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Gürcüstanın müdafiə naziri Baço Axalayanı əfv edib. Bu barədə prezident administrasiyasının rəhbəri Andro Barnov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əfv haqqında fərman imzalanıb.

Qeyd etmək lazımdır ki, Mixeil Saakaşvilinin özü Gürcüstanda yoxdur. Trend-in məlumatına görə, o, Avropadan hələ ki geri qayıtmayıb.

Mətbuat xidmətinin məlumatına görə, Saakaşvili Avropa liderləri ilə danışıqlar aparır.

Sabiq nazirin vəkili Giorqi Oniani bildirib ki, prezidentə əfv müraciəti ilə, günahını boynuna almayan Axalayanın özü yox, onun ailəsi müraciət edib.


Teqlər:  





Xəbər lenti