Azərbaycanlı gənc rəssamlar Bolqarıstanda qalib gəldilər
Tədbirdə çıxış edən nazir müavini M.Berner sözügedən təşəbbüsdə iştirak uşaqları təbrik edərək bədii incəsənətin ifadə vasitələri ilə xilasedici fəaliyyətlərdə dramatik anları qələmə alan gənc yaradıcıların bacarıqlarına heyran olduğunu bildirmişdir. Uşaqlara bu ilhamlarının davamlı olmalarını arzu edən nazir müavini BR DİN-nin “Yanğın təhlükəsizliyi və əhalinin mühafizəsi” Baş Direktorluğu tərəfindən hazırlanan mükafat və sertifikatları qaliblərə təqdim edib.
Müsabiqənin beynəlxalq hissəsində Azərbaycan, Yunanıstan, İraq, İran, Çin, Serbiya, Filippin və digər ölkələrdən nümayəndələr təmsil olunub. Müsabiqəyə Azərbaycandan qatılan Respublika İncəsənət Gimnaziyasının şagirdi Finara Nəzərova və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Fidan Kəbirlinskaya müvafiq olaraq birinci yer və xüsusi mükafata layiq görülüblər.
Azvision.az
Teqlər: Bolqarıstan Azərbaycan