Kosovoda seçkilər keçirilir

Kosovoda seçkilər keçirilir
  04 Noyabr 2013    Oxunub:1126
Kosovoda yerli bələdiyyələr və şuralara seçkilər keçirilir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq ictimaiyyətin yaxından izlədiyi seçkilər qonşu Serbiyanın Avropa İtifaqına üzvlüyü məsələsi, eləcə də Kosovonun özünün quruma üzvlüklə bağlı müraciəti üçün həlledici ola bilər.

Yerli bələdiyyələr və şuralara seçkilər Avropa İttifaqının vasitəçiliyi ilə Serbiya və onun ərazisi olmuş Kosovo arasında əldə edilmiş razılığa əsasən keçirilir.

Rəsmi Belqrad Kosovonun şimalında yaşayan sebrləri seçkilərdə iştirak etməyə, lakin Serbiyada Kosovonun müstəqilliyinin əleyhinə çıxış edən sərt xətt tərəfdarları isə serbləri seçkiləri boykot etməyə çağırıb.

Serblərin yaşadığı Mitrovitsada mer seçkilərində serb namizəd cümə günü maskalı şəxslər tərəfindən hücum nəticəsində yaralanıb.

Albanların nəzarətində olan Kosovo Serbiyadan ayrıldıqdan 10 il sonra 2008-ci ildə müstəqilliyini elan edib. Kosovonun ayrılmasının ardınca serb və alban silahlı qüvvələri arasında bir il sürən qanlı münaqişə baş vermişdi.


Teqlər:





Xəbər lenti