“Qalatasaray” öz meydanında xal itirdi

“Qalatasaray” öz meydanında xal itirdi
  09 Dekabr 2018    Oxunub:9427
Türkiyə Superliqasında 15-ci turun oyunları keçirilir.
Azvision.az xəbər verir ki, “Qalatasaray” klubu öz meydanında “Rizespor”u qəbul edib. Görüş Fatih Terimin yetirmələrinin üstünlüyü ilə keçsə də, nəticədə “Sarı-qırmızılılar” məyus olublar. Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Bununla “Qalatasaray” Superliqada doğma meydanda ardıcıl dördüncü dəfə heç-heçə edərək xal itirib.

Azvision.az



Teqlər: Qalatasaray  





Xəbər lenti