“Mançester Siti”nin liderliyinə son qoyuldu

  08 Dekabr 2018    Oxunub : 4834
“Mançester Siti”nin liderliyinə son qoyuldu
İngiltərə Premyer Liqasında 16-cı turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşmasında "Mançester Siti" əzəli rəqibi "Çelsi" ilə üz-üzə gəlib.

"Stemford Bric" stadionunda oynanılan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsilə yekunlaşıb. Kante və David Luisin vurduğu qollar hesabına "Çelsi" 3 xal qazanıb.

Qeyd edək ki, "Mançester Siti" ölkə çempionatına bu mövsüm ilk dəfə məğlub olaraq liderliyi əldən verib. Hazırda turnir cədvəlinə “Liverpul” başçılıq edir.

Azvision.az

Teqlər: Çelsi