Kataloniya derbisində 4 qol vuruldu

Kataloniya derbisində 4 qol vuruldu
  09 Dekabr 2018    Oxunub:10182
İspaniya La Liqasında 15-ci turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, lider “Barselona” “Espanyol” ilə qarşılaşıb. Kataloniya derbisində aşkar üstünlüyə sahib olan “Barselona” rəqibin qapısından dörd cavabsız qol keçirərək qələbə qazanıb.

Qeyd edək ki, “Barselona”nın heyətində Lionel Messi (17, 65), Osman Dembele (26) və Luis Suares (45) fərqləniblər. Hazırda Kataloniya klubu 31 xalla İspaniya La Liqasında liderdir.

Azvision.az



Teqlər: Barselona  





Xəbər lenti