Ermənistanda inqilab hazırlanır

Ermənistanda inqilab hazırlanır
  04 Noyabr 2013    Oxunub:1187
Putinin Ermənistana səfəri ərəfəsində ölkədə inqilab baş verə bilər.

Keçmiş siyasi məhbus, Milli Təşəbbüs Birliyinin koordinatoru Şant Arutyunyan artıq 3 gündür ki, Yerevandakı “Azadlıq” meydanında “mən inqilab edirəm” şüarı ilə aclıq aksiyası keçirir. O, Sarkisyan hökumətinin bütün əleyhdarlarını inqilaba hazırlaşmağa çağırıb. Arutyunyan inqilabın təxmini vaxtını da açıqlayıb. Bildirib ki, inqilab Putinin Ermənistana səfəri zamanı baş verə bilər.

Arutyunyan Ermənistan hakimiyyətini “Rusiya imperiyasının satrapı” adlandırır. Onun sözlərinə görə, ölkənin gələcəyi ilə bağlı “bütün məsələlərdə Ermənistan hakimiyyətinin mövqeyi suveren dövlətin hakimiyyətinin mövqeyi deyil”.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti