“Qəbələ” Bakıda xal itirdi

“Qəbələ” Bakıda xal itirdi
  10 Dekabr 2018    Oxunub:9819
Topaz Premyer Liqasında günün üçüncü oyunu keçirilib.
Azvision.az xəbər verir ki, "Qəbələ" səfərdə "Səbail"in qonağı olub. "Bayıl Arena"da oynanılan matç 0:0 hesablı bərabərliklə yekunlaşıb. Bununla da Qəbələ şəhərini təmsil edən klub ölkə çempionatında növbəti dəfə xal itirib.

Qeyd edək ki, görüşün 86-cı dəqiqəsində "Qəbələ"nin futbolçusu Rauf Əliyev qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Azvision.az



Teqlər: Qəbələ  





Xəbər lenti