Siqaret satışı qadağan olunan yerlər - SİYAHI

Siqaret satışı qadağan olunan yerlər - SİYAHI
  04 Noyabr 2013    Oxunub:1384
Türkiyə Səhiyyə Nazirliyinin yeni qərarına əsasən uşaq parklarında, xəstəxana və məscidlərin həyətlərində siqaret çəkmək qadağan olunacaq. Məktəb və məscidlərə yaxın,100 metr məsafəyə qədər ərazidə isə siqaretin satışı həyata keçirilə bilməz.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qərarda həmçinin bildirilir ki, restoran, qəhvəxana kimi məkanların açıq sahələrində tütün və tütün məhsullarından istifadə etməyənlər üçün xüsusi sahələr yaradılacaq.

Cəmiyyət və özəl sektora aid bütün xidmət vasitələrində tütün istifadəsi qadağan ediləcək. Ticarət mərkəzlərinin, kino və teatrlara yaxın ərazilərdə siqaretin əngəllənməsi istiqamətində də müvafiq qərarlar qəbul olunacaq.

18 yaşı tamam olmayan gənclərin siqaret alması əngəllənəcək. Siqaret alarkən satıcılar onlardan hökmən şəxsiyət vəsiqəsi tələb edəcəklər.

Qeyd edək ki, ABŞ-ın New York şəhərində may ayından etibarən şəhərdə parklar, sahillər və hətta məşhur Times Meydanında belə "siqaret" çəkmək qanunla qadağan olunub. Yeni Zelandiya 2003-cü ildə məktəb, bağça və iş yerlərində siqareti qadağan edib. İspaniya 2011-ci ildən etibarən xəstəxana və parkların yanında siqaret çəkməyə qadağa qoyub. 2011-ci ilin avqust ayından etibarən isə Fransanın La Ciotat şəhərindəki Plage Lumiere sahilində siqaret çəkmək qanunla qadağan olunub.

Mirvari


Teqlər:





Xəbər lenti