Türkiyədə şiələr ayağa qalxdı

Türkiyədə şiələr ayağa qalxdı
  04 Noyabr 2013    Oxunub:2597
Ötən gün Türkiyənin Kadıköy limanında ələvi təriqətinin nümayəndələri mitinq keçiriblər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təriqət üzvlərinin tələbləri əsasən bərabər yaşayış hüquqlarının təmin olunmasıdır.

Onlar mitinq zamanı “Assimilyasiyaya qarşı bərabər vətəndaşlıq və vicdan azadlığı”, “Bu, hələ başlanğıcdır, mübarizəyə davam”, “Haqsızlığa əsla boyun əymərik” şüarlarını səsləndiriblər. Minlərlə təriqət üzvünün qatıldığı mitinqə görə İstanbulun bəzi küçələrdə avtomobillərin hərəkəti dayandırılıb. Ələvilər mitinq zamanı tələblərini səsləndirib, demokratik konstitusiya istəyiblər.

Mitinqdə çıxış edən Şahqulu Sultan dərnəyinin prezidenti Məhəmməd Tural deyib ki, Məscid-Cemevi layihəsi səmimi deyil: “Bizi sünni qardaşlarımızla fərqli ibadət etməyimizə baxmayaraq zorla bir araya gətirmək istəyirlər. Buna nə sünni dostlarımız, nə də biz ələvilər razı ola bilmərik”.

M.Tural vurğulayıb ki, Türkiyədə yaşayan yunan və erməni milli azlıqlarının malları özlərinə geri qaytarılsa da ələvilərin 1925-ci ildə ələvi ibadətgahlarının malları hələ də dövlətdədir:

“Tələbimiz budur ki, əlimizdən alınan mallarımız geri qaytarılsın. Haqqlarımızın və mallarımızın bizə verilməyi hüquqi, əxlaqi və vicdani məsuliyyətdir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti