Azərbaycan erməni səfiri təşvişə saldı

Azərbaycan erməni səfiri təşvişə saldı
  04 Noyabr 2013    Oxunub:1284
Erməni diplomat ölkəsinin hər sahadə Azərbaycandan geridə qaldığını etiraf edib.

“Dağlıq Qarabağda status-kvonun saxlanması çoxları üçün, o cümlədən Ermənistan üçün əlverişlidir”. AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri, diplomat.am saytının rəhbəri Arman Navasardyan ATƏT-in Minsk qrupunun regiona noyabrın 4-nə planlaşdırılmış səfərini şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında olan münaqişə heç bir tərəfə xeyir gətirməyəcək.

“Azərbaycanın ümumilikdə apardığı təşviqat bizim vəziyyətimizi daha da çətinə salır. Hətta təşviqat baxımından da Azərbaycandan geridə qalırıq. Bu vəziyyəti düzəltmək üçün Həm Ermənistanın, həm də xaricdəki diasporunun bütün ehtiyat qüvvələrini hərəkətə gətirmək lazımdır ”- deyə Navasardyan bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik artıq Bakıdadır. Həmsədrlərin noyabrın 4-də Yerevana səfəri də planlaşdırılıb.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti