Muxtar Babayev türkiyəli həmkarı ilə görüşüb

Muxtar Babayev türkiyəli həmkarı ilə görüşüb
  10 Dekabr 2018    Oxunub:1664
Ekologiya və Təbii Sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, Nazirlikdə nazir Muxtar Babayevlə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycanla Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, balıqçılıq, hidrometeorologiya və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azvision.az



Teqlər:





Xəbər lenti