Rusiya miqrantlar üçün kvota müəyyən etdi

Rusiya miqrantlar üçün kvota müəyyən etdi
  04 Noyabr 2013    Oxunub:1127
Rusiya hökuməti 2014-cü ildə ölkəyə 1.6 milyon xarici işçi cəlb etməyi planlaşdırıb.
Rusiya hökuməti 2014-cü ildə ölkəyə 1.6 milyon xarici işçi cəlb edilməsi barədə qərar verib və bütün lazımı kvotaları müəyyən edib. Həmin sənəd bu gün RF Nazirlər Kabinetinin saytında yerləşdirilib.

Beləliklə, gələn il ölkə ərazisində işləmək üçün ümumilikdə 1 milyon 831 min 586 işçi cəlb olunacaq. Bunlardan 557- mini tikinti və təmir sahəsində, 119 min sürücü və maşinist və 275 mindən çox ixtisaslaşmamış işçilər olacağı gözlənilir.

Bundan əlavə, idarəçilik, elm, mühəndislik, və kənd təsərrüfatı sahəsində mütəxəssislər də cəlb olunacaqdır. Həmçinin Nazirlər Kabineti ölkəyə 357 mindən çox işçi dəvət edib.

AzVision.az


Teqlər:





Xəbər lenti