DYP-dən beynəlxalq sürücülük vəsiqəsi ilə bağlı müraciət
R.Quliyev onu da bildirib ki, “Respublikamızın 1968-ci il Vyana Konvensiyasına üzv olması milli sürücülük vəsiqəsinə malik vətəndaşlarımızın Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmələrinə imkan verir. “Dilimizdəki ə,ö,ü,ğ və sair hərflərin xarici dövlətlərdə çətin oxunması problemini həll edən Beynəlxalq Sürücülük Vəsiqəsi latın qrafikası ilə, eyni zamanda ayrı-ayrı səhifələrdə alman, fransız, italyan, ingilis, çin və sair, ümumilikdə 8 dildə çap olunur. Vəsiqə sahibi barəsində məlumatlar isə vəsiqənin son səhifəsində ingilis dilində tərtib olunur. Beynəlxalq Sürücülük Vəsiqəsi milli sürücülük vəsiqəsi təqdim edildikdə etibarlıdır”.
Şöbə rəisinin sözlərinə görə, Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmək istəyən vətəndaşlar Bakı şəhərində Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə, habelə Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə şəxsiyyət vəsiqəsi, milli sürücülük vəsiqəsi, iki ədəd 3x4 ölcüdə rəngli fotoşəkil təqdim etməklə müraciət edə və qısa müddətdə ona yiyələnə bilərlər.
Şöbə rəisi sonda qeyd edib ki, Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmək istəyən şəxslərdən sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçmək tələb olunumur. “Xarici dövlətlərə səfərlər zamanı Beynəlxalq Sürücülük Vəsiqəsinin imkanlarından yararlanmış soydaşlarımızın məmnunluq ifadə etməsi sahibinə rahatlıq və güvənlik verən bu vəsiqənin sınaqdan uğurla çıxdığını deməyə əsas verir”.
Azvision.az
Teqlər: DYP Sürücülük-Vəsiqəsi