Görüşə gedən baş nazir maşında qaldı - VİDEO

 Görüşə gedən baş nazir maşında qaldı -  VİDEO
  12 Dekabr 2018    Oxunub:5309
Böyük Britaniyanın baş naziri Tereza Mey Almaniya kansleri Angela Merkellə görüşə gedərkən başına iş gəlib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Mey xidməti avtomobilə görüşün keçiriləcəyi iqamətgaha gəlib.

O, "Mercedes" markalı lüks maşından düşməyə çalışsa da, qapılar bağlanıb. Yalnız bir neçə cəhddən sonra baş nazir avtomobildən düşərək onu gözləyən Merkellə görüşə bilib.



Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqı (Aİ) ilə razılaşdırdığı “Brexit” sazişi üzrə bu günə təyin olunan parlament səsverməsini təxirə saldıqdan sonra Almaniya kansleri Angela Merkelin köməyinə ümid edir.

Azvision.az


Teqlər: Baş-nazir   Mey   Merkel  





Xəbər lenti