Gürcüstanla sərhədlərin delimitasiyası niyə yubanır? - RƏSMİ (VİDEO)

     Gürcüstanla sərhədlərin delimitasiyası niyə yubanır? -        RƏSMİ (VİDEO)
  12 Dekabr 2018    Oxunub:4979
"Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir"

Azvision.az -ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı.
"Bu, ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub. Bu məsələ ona həvalə olunub. Düşünürəm ki, yeni ildən başlayaraq, biz işçi səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyasının növbəti iclasının keçirilməsinə nail ola bilərik".

XİN rəsmisi hesab edir ki, bu, hər iki dövlət üçün vacib məsələdir: "Çünki delimitasiya tezliklə başa çatmalıdır. Komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər. Bu dövr ərzində sərhəd xəttinin üçdə iki hissəsi demək olar ki, komissiyalar səviyyəsində razılaşdırılıb, protokollaşdırılıb. Üçdə bir hissəsi ilə bağlı işlər isə davam etdirilməlidir".



Anar Kəlbiyev
Azvision.az



Teqlər: XİN   Xələf-Xələfov  





Xəbər lenti