Bakıda sexdə partlayış - 2 nəfər xəsarət alıb

   Bakıda sexdə partlayış -    2 nəfər xəsarət alıb
  12 Dekabr 2018    Oxunub:2168
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 67 m² olan birmərtəbəli 3 otaqlı tikilidə (tikiş sexi kimi fəaliyyət göstərir) yanğınla nəticələnən partlayış baş verib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, nəticədə 2 otağın yanar konstruksiyaları 37 m² sahədə yanıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Partlayış  





Xəbər lenti