Dani Kintana turun ən yaxşısı seçildi

Dani Kintana turun ən yaxşısı seçildi
  12 Dekabr 2018    Oxunub:9482
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.
Azvision.az PFL-in saytına istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında formalaşan rəmzi “11-liy”ə “Qarabağ”dan 7, “Qəbələ”dən, “Neftçi”dən, “Keşlə” və “Səbail”dən isə 1 futbolçunun adı daxil edilib.

Heyətdə Emil Balayev (“Səbail”), Donald Gerrye (“Qarabağ”), Yakub Jezniçak (“Qarabağ”), Denis Silva (“Keşlə”), Ömər Buludov (“Neftçi”), Abdullah Zubir (“Qarabağ”), Filip Ozobiç (“Qarabağ”), Simeon Slavçev (“Qarabağ”), Dani Kintana (“Qarabağ”), Mahir Mədətov (“Qarabağ”) və Rauf Əliyev (“Qəbələ”) yer alıblar.

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIV turunun ən yaxşı futbolçusu “Qarabağ”ın ispaniyalı oyunçusu Dani Kintana olub. O, “Zirə”yə qarşı görüşdə 60 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına vurduğu üç qolla yadda qalıb.

Azvision.az



Teqlər: PFL  





Xəbər lenti