“Real” öz meydanında ruslara uduzdu - Yenilənib

“Real” öz meydanında ruslara uduzdu -  Yenilənib
  13 Dekabr 2018    Oxunub:11318
Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçirilir.
Azvision.az xəbər verir ki, günün ilk matçında İspaniyanın "Real Madrid" komandası ÇSKA ilə qarşılaşıb. Səfərdə "kral klubu" ilə üz-üzə gələn Moskva təmsilçisi 3 cavabsız qolla "Real"ı məğlub edib.

ÇSKA-nın heyətində Fyodor Çalov (37), Georgi Şennikov (43) və Arnor Siqurdsson (73) fərqləniblər.

Qrupun digər görüşündə “Viktoriya” (Plzen) öz meydanında “Roma”ya 2:1 hesabı ilə qalib gəlib. Şəxsi oyunlardakı göstəricilərə görə Moskva klubundan üstün olan Plzen təmsilçisi Avroliqaya vəsiqə qazanıb. "Real" qrupu 1-ci, "Roma" isə 2-ci pillədə tamamlayıb.

Azvision.az



Teqlər: Real   ÇSKA  





Xəbər lenti