“Qarabağ” Londonda “Arsenal"a qarşı

  13 Dekabr 2018    Oxunub : 10535
 “Qarabağ” Londonda “Arsenal"a qarşı
Bu gün Avropa Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək.
Azvision.az xəbər verir ki, Avroliqada yeganə təmsilçimiz olan “Qarabağ” turnirdə mövsüm sonuncu oyununa çıxacaq. Ağdam klubu London “Arsenal”ının qonağı olacaq. Qrupun digər oyununda “Sportinq” “Vorskla”nı qəbul edəcək.

Qeyd edək ki, “Emireyts” stadionunda keçiriləcək matç saat 00:00-da başlayacaq. Oyunun baş hakimi danimarkalı Yens Qrabskidir.

Azvision.az

Teqlər: Qarabağ   Arsenal   Avroliqa