Eksternat imtahanlarına sənəd qəbulu başa çatır

Eksternat imtahanlarına sənəd qəbulu başa çatır
  13 Dekabr 2018    Oxunub:1920
Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 14-də başa çatır. Qeydiyyat və sənəd qəbulu saat 14:00-dan 17:30-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılır.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, ərizələri qəbul olunmuş eksternlər dekabrın 20-21-də saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Qeyd edək ki, eksternat imtahanları dekabrın 25-26-da paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.

Azvision.az



Teqlər: İmtahan  





Xəbər lenti