Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!
Onu da qeyd edək ki, 23 dekabr 2018-ci il tarixdə keçiriləcək yazılı test imtahanında 180 nəfərin iştirakı nəzərdə tutulmuşdur. Odur ki, vəkilliyə qəbul imtahanlarında iştirak etmək istəyən şəxslər 20 dekabr 2018-ci il tarixədək davam edəcək sənəd qəbulunda 140 nəfərin sənədinin qəbul olunduğunu və vəkilliyə qəbul imtahanının yazılı-test mərhələsində iştirak üçün 40 yerin qaldığını nəzərə almalıdırlar.
Əlavə olaraq bildiririk ki, vəkil olmaq üçün tələb olunan 3 il hüquq stajının tamam olmasına 3 ay qalmış şəxslər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sənəd qəbulu komissiyasına müraciət edə bilərlər.
Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər https://azvision.az/redirect.php?url=http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı, https://azvision.az/redirect.php?url=http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini [email protected] elektron poçt ünvanına 20 dekabr 2018-ci il tarixədək göndərməlidirlər.
Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.
Azvision.az