Ölkəmizə gələn turistlərin sayı 6 faiz artıb

  13 Dekabr 2018    Oxunub : 672
 Ölkəmizə gələn turistlərin sayı 6 faiz artıb
Ölkəmizə turistlərin axını davam edir. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında 6 faizdən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, əvvəlki illərə nisbətdə artım bir qədər aşağıdır, ancaq biz bilməliyik ki, baza artır: "Yəni, hər il bundan sonrakı ildə bu yüksək artımı əldə etmək daha çətin olacaq. Ancaq bu istiqamətdə də çox ciddi işlər aparılır. Deyə bilərəm ki, şəhərin mərkəzində keçirilən Formula 1 yarışının turistlərin cəlb edilməsində xüsusilə çox böyük rolu, payı var".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev