Heydər Əliyev Fondu uşaqları sevindirdi

Heydər Əliyev Fondu uşaqları sevindirdi
  15 Dekabr 2018    Oxunub:2098
Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri üçün növbəti şənlik proqramı təşkil edib.
Xətai rayonundakı idman-əyləncə park kompleksində təşkil olunan budəfəki əyləncə Yeni il bayramı ərəfəsinə təsadüf edib. Uşaqlar dostları ilə birlikdə parkda quraşdırılan Yeni il yolkası ətrafında, fayton, avtobus, qatar və digər attraksionlarda maraqlı gün keçiriblər, müxtəlif yarışlarda iştirak ediblər.

Parkda uşaqlar üçün musiqili proqram da təqdim olunub.

Tədbir çərçivəsində ərazidə “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzinin maarifləndirmə guşəsi yaradılıb. Burada uşaqlara “Toplan” Qayğı Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, itlərin şousu təqdim olunub.

Qeyd edək ki, idman-əyləncə park kompleksi istifadəyə verildiyi gündən şəhər sakinləri və qonaqların sevimli məkanına çevrilib. Park ərazisində asudə vaxtın səmərəli keçirilməsi məqsədilə müxtəlif əyləncə və idman qurğuları, modern incəsənət kompozisiyaları quraşdırılıb.

Yeni il ərəfəsində parkın bayram ab-havasında - rəngarəng bəzədilməsi isə şəhər sakinləri və qonaqlara istirahətlərini daha da maraqlı, yaddaqalan keçirməyə imkan verəcək.

Azvision.az



Teqlər:





Xəbər lenti