Sürüşmə sahəsində əlavə 5 drenaj quyusu qazılır
Nazir həmçinin deyib: “Badamdar-20-ci sahə avtomobil yolu və ona bitişik ərazilərdə görülmüş işlər zamanı yeraltı suların səviyyəsi 60-65 metr endirilib. Həmçinin həmin əraziyə daxil olan yeraltı suların məhsuldarlığının çox olduğu nəzərə alınaraq əlavə 5 drenaj quyusunun qazılmasına başlanılıb. Nazirlər Kabinetinin müvafiq tapşırıqlarına əsasən Bakı şəhərində subasma, sürüşmə sahələrində yeraltı suların səviyyəsinin aşağı salınması və süxurların nəmliyinin azaldılması məqsədilə Badamdar yaylasının şərq yamacında, Sabunçu rayonunun Maştağa qəsəbəsində, Xətai rayonunun Əhmədli massivi, Gəncə prospekti və General Şıxlinski küçəsi arasındakı, “Alov qüllələri” kompleksindən Nəriman Nərimanov heykəlinədək olan ərazidə, Səbail rayonunun Bayıl yamacında 93 drenaj quyusu qazılıb istismara verilib. Həmin quyuların aidiyyəti təşkilatların balansına verilməsi məqsədilə müvafiq göstərişlər verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Nazirlər Kabinetinə müraciətlər ünvanlanıb”.
Azvision.az
Teqlər: