Zurabişvilinin andiçməsinə 20 ölkədən nümayəndə qatılacaq

Zurabişvilinin andiçməsinə 20 ölkədən nümayəndə qatılacaq
  16 Dekabr 2018    Oxunub:1709
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimdə 20 ölkə və 16 beynəlxalq təşkilatdan 150 nümayəndə iştirak edəcək.
Azvision.az xəbər verir ki, inauqurasiya mərasimi dekabrın 16-da Telavi şəhərində keçiriləcək.

Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, qrupun üzvü, deputat Hikmət Məmmədov və digər rəsmi şəxslər daxildir.

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti