Parisdə UNESCO-un Baş Konfransı açılır

 Parisdə UNESCO-un Baş Konfransı açılır
  05 Noyabr 2013    Oxunub:1281
195 iştirakçı ölkə nümayəndəsi Fransanın paytaxtında bir araya gələcək
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Baş Konfransı (UNESCO) bu gün Parisdə açılır. 195 iştirakçı ölkədən nümayəndələr Fransanın paytaxtına toplaşıb. Müzakirə gündəminin əsas məsələsi təşkilatın 2021-ci ilədək strategiyasının təsdiqi və növbəti 5 illiyi üçün büdcəsinin qəbuludur. Baş konfrasda müzakirəyə təklif olunacaq digər problemlərlə yanaşı təhsilin təsnifatının beynəlxalq standartını yaxşılaşdırmaq, internetdə ifadə azadlığı və bununla bağlı etik aspektlər,həmçinin Yaxın Şərqdə mədəni irsin qorunması məsələri də var. Konfransda kommunikasiya və informasiya problematikasına da geniş yer ayrılacaq. Baş Konfrans çərçivəsində noyabrın 12-də qurumun baş dirketoru kimi İrina Bokovanın ikinci müddətə namizədliyinin təsdiqi məsələsi də olacaq.


Teqlər:





Xəbər lenti