Oğuzda qardaş bacısını öldürüb

Oğuzda qardaş bacısını öldürüb
  05 Noyabr 2013    Oxunub:1146
Oğuzda dəhşətli qətl
Oğuz rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Oğuz rayonunun Qarabaldır kəndində yaşayan İsmayılov Vasif Məmməd oğlu bacısını öldürüb. O, yaşadığı evdə bacısı İsmayılova Hədiyyə Məmməd qızını aralarında yaranmış mübahisə zəminində üç dəfə bıçaqla vuraraq qəsdən həyatdan məhrum edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti