Azercell mağazalarında xidmət keyfiyyətini artırır
Görüşdə 2019-cu ildə xidmət keyfiyyətinin artırılması üçün təklif və tövsiyələr səsləndirilib. Görüş iştirakçıları üçün Türkiyədən dəvət olunan peşəkar satış mütəxəssisi seminar keçib. Qeyd edək ki, Azercell-in diler mağazasında çalışan əməkdaşlara davamlı olaraq Azercell Akademiyası tərəfindən təlimlər təşkil edilir, eləcə də, xaricdən dəvət olunan peşəkarlar müştəri məmnuniyyəti və satış üzrə xüsusi seminarlar keçirlər.
Nəzərinizə çatdıraq ki, hazırda Azercell abunəçilərini daim yüksək keyfiyyətli xidmətlə təmin etmək üçün Bakıda 138, bölgələrdə 168 diler, ümumilikdə isə 19 Eksklüziv mağazası fəaliyyət göstərir.
Teqlər: