Fransada müsəlmanlara qarşı yeni təxribat

Fransada müsəlmanlara qarşı yeni təxribat
  05 Noyabr 2013    Oxunub:1295
Fransada məscidlərin divarlarına irqçi və İslama qarşı, eyni zamanda ölkənin radikal sağçı olan Milli Cəbhə Partiyasını mədh edən yazılar yazılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, divarlara “Fransa fransızlarındır” “Müsəlmanlara ölüm”, “Ərəblər, rədd olun”, “Yaşasın Milli Cəbhə” kimi şüarlar yazılıb, xaç təsvir olunub.
Hücuma məruz qalan Əs-Sunna məscidinin bu il ərzində 3-cü dəfədir ki, bu halla rastlaşdığı bildirilir. Hadisə ilə bağlı cinayət işi açılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti