"Qarabağ" 2019-cu il öncəsi ilk transferini reallaşdırıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, 2013-2016-cı illərdə "Qarabağ"da 87 oyunda 43 qolla yadda qalan sabiq forvard Reynaldo Silva yenidən doğma klubuna qayıdıb. Futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. Reynaldo komandaya qayıdışı haqda öz fikirlərini bildirib:
"Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".
Azvision.az